Elm & Texnologiya arxivi
11011 xəbər, 551 səhifə - 47-ci səhifə
Elm & Texnologiya
Qara dəliklərin daxilində bizim düşündüyümüz anlayış olmaya bilər
Kvant mexanikasına görə qara dəliklərin sinqulyarlığı mövcud olmamalıdır. Eynşteynin ümumi nisbilik nəzəriyyəsinin tənliklərində edilən dəyişikliklər qara dəliyin daxili strukturunu daha yaxşı izah edə bilər.
Elm & Texnologiya
4 aya Marsa uçmaq: Raketlər üçün termonüvə mühərriki təqdim edilib...
Böyük Britaniyanın Pulsar Fusion şirkəti nüvə mühərriki ilə işləyən raketini təqdim edib. Bu mühərrik termonüvə sintezi texnologiyasına əsaslanır. Yeni raket Marsa uçuş müddətini iki dəfə azalda və Günəş sisteminin kənarlarına daha sürətli çatmaq imkanını yarada bilər.
Elm & Texnologiya
Ayda suyun əldə edilməsi düşünüldüyündən daha asan ola bilər
Alimlər hesab edirlər ki, gələcəkdə Aya uçacaq astronavtlar suyu gözləniləndən daha asan əldə edə biləcəklər. Bu kəşf, pilotlu missiyaların Yer təchizatından asılılığını azaltmağa kömək edə bilər.
Elm & Texnologiya
Süd Yolu qalaktikasının yaxınlığında superkütləli qara dəlik ola bilər
Astronomlar hesab edirlər ki, Böyük Magellan Buludunun mərkəzində nəhəng bir superkütləli qara dəlik gizlənir və ətrafındakı materiyanı udur.
Elm & Texnologiya
Alimlər kainatdakı ilk ulduzların kəşf edilməsinə çox yaxındırlar
Bir zamanlar kainatda heç bir ulduz yox idi. Böyük partlayışdan qısa müddət sonra, sonsuz miqdarda hidrogen və helium mövcud idi. Qazın inanılmaz sıxlığı nəticəsində ilk ulduzlar yaranmağa başladı.
Elm & Texnologiya
Tesla və BYD-nin batareyaları müqayisə edilib
Almaniyanın Aaxen şəhərində yerləşən RWTH Aachen Texniki Universitetinin tədqiqatçıları Tesla 4680 və BYD Blade batareyalarını hissələrə ayıraraq onları müqayisə ediblər.
Elm & Texnologiya
İnsanabənzər Atlas robotu Hyundai şirkətinin zavodunda işə başlayıb
Təxminən 1 il əvvəl Boston Dynamics şirkəti tam elektriklə işləyən Atlas robotunu təqdim etdi. Bu yeni model, hidravlik sistemli əvvəlki Atlas modelindən daha sürətli, güclü və çevik oldu. 1 il ərzində aparılmış təcrübələr və təlimlər nəticəsində şirkət Atlas üçün ən uyğun iş sahələrindən birini müəyyənləşdirdi.
Elm & Texnologiya
Athena adlı özəl kosmik aparat Ay səthinə uğursuz eniş edib
Intuitive Machines şirkəti 6 mart tarixində Athena adlı eniş aparatının Ay səthinə eniş cəhdinin uğursuzluqla başa çatdığını və aparatın yan tərəfə aşdığını açıqlayıb. Modul mailliyi olan bir trayektoriya üzrə hərəkət edirdi və ehtimal ki, yüksək yan sürətlə Ayın səthinə toxunub.
Elm & Texnologiya
NASA, Beynəlxalq Kosmik Stansiyada təsadüfən qalmış iki astronavtın geri qaytarılması...
NASA, təsadüfən Beynəlxalq Kosmik Stansiyada (BKS) ilişib qalan iki astronavtın geri qaytarılması tarixini müəyyənləşdirib. Onlar əslində 10 günlük bir missiya üçün göndərilmişdilər, lakin artıq 9 aydır ki, orada qalıblar.
Elm & Texnologiya
Starship-in ardıcıl ikinci partlayışı kosmik gəmidə fundamental problemin olmasından xəbər...
SpaceX şirkətinin keçən həftə Starship gəmisinin səkkizinci sınaq uçuşu partlayış və göydə yanğın yağışı ilə başa çatdı - əvvəlki yeddinci sınaq uçuşu ilə demək olar ki, eyni şəkildə.
Elm & Texnologiya
Yüksək sürətlə hərəkət edən superkütləli qara dəlik aşkar edilib
Müşahidələr göstərib ki, olması lazım yerdə olmayan superkütləli qara dəlik kosmosda 1000 km/s-dən yüksək sürətlə hərəkət edir. Alimlər hesab edirlər ki, bu fenomen nəhəng bir kosmik toqquşmanın nəticəsidir.
Elm & Texnologiya
Yer kürəsinin ən qədim krateri kəşf edilib
Yer planetinin tarixi 4.5 milyard ildən çoxdur və bu müddət ərzində tektonik hərəkətlər, meteorit düşmələri və digər amillər nəticəsində çoxsaylı dəyişikliklər baş verib.
Elm & Texnologiya
Çində insanlar və robotlar üçün marafon keçiriləcək
Pekində unikal bir yarımarafon keçiriləcək. İnsanlar və humanoid (insanabənzər) robotlar birlikdə 21 km məsafəni qətt edəcəklər. Yarış 13 aprel 2025-ci ildə Beijing E-Town xüsusi iqtisadi zonasında baş tutacaq.
Elm & Texnologiya
Növbəti özəl kosmik aparatın Ay səthinə uğurlu enişi sual altındadır
Dəyəri 62.5 milyon dollar olan IM-2 missiyası, 26 fevral tarixində SpaceX Falcon 9 raketi ilə Floridada yerləşən Kennedi Kosmik Mərkəzindən buraxıldı. 4.5 sutkalıq uçuşdan sonra Athena adlı eniş modulu Ay ətrafı orbitə çıxdı.
Elm & Texnologiya
8-ci sınaq uçuşu zamanı Starship səmada partlayıb (VİDEO)
Dünən gecə SpaceX şirkəti Starship kosmik gəmisinin Super Heavy sürətləndirici raketi ilə səkkizinci sınaq uçuşunu həyata keçirdi. Əvvəlki sınaq uçuşu kimi, bu missiya da kosmik gəminin itirilməsi ilə nəticələndi.
Elm & Texnologiya
Nəhəng planetlər düşünüldüyündən daha erkən formalaşmış ola bilərlər
Alimlər müəyyən ediblər ki, Yupiterə bənzər kütləyə malik ekzoplanetlər gözləniləndən xeyli əvvəl formalaşıblar. Bu tədqiqatın nəticələri nəhəng planetlərin, o cümlədən Yupiterin formalaşması üçün lazım olan qaz və bərk hissəciklərin toplanma müddəti barədə yeni məlumatlar təqdim edir.
Elm & Texnologiya
Marsda münbit şəraitdə formalaşan minerallar aşkar edilib
Alimlər NASA-nın Mars səthində fəaliyyətdə olan Perseverance aparatının toplamış olduğu məlumatları təhlil ediblər. Bu məlumatlar Jezero adlı kraterin dibindəki qəribə daşları araşdıran cihazlardan əldə edilib.
Elm & Texnologiya
Mikroplastik hissəciklərin geniş yayılmış yeni mənbəyi təyin edilib
Adətən, mikroplastiklərin əsas mənbələri plastik butulkalar, paketlər və sintetik parçalar hesab edilir. Lakin alimlər uzun müddətdir başqa, daha geniş yayılmış və təhlükəli bir mənbənin diqqətdən kənarda qaldığını düşünürlər.
Elm & Texnologiya
Voyager-1 və Voyager-2 kosmik aparatlarının missiyaları daha 1 il uzadılıb
Bu, hər bir aparatdakı bir elmi cihazın söndürülməsi hesabına mümkün olub və güc ehtiyatını qoruyaraq ulduzlararası kosmik sahə haqqında unikal məlumatların toplanmasını davam etdirməyə imkan verəcək.
Elm & Texnologiya
Çində insanabənzər robot ictimai aşayişə nəzarət edir
Çinin Şençjen şəhərində PM01 adlı humanoid (insanabənzər) robotları polis əməkdaşları ilə birlikdə küçələri patrul etməyə başlayıblar.