Elm & Texnologiya arxivi
11044 xəbər, 553 səhifə - 55-ci səhifə
Elm & Texnologiya
Zeekr batareyası elektromobil şarj sürəti üzrə yeni dünya rekorduna imza...
Çin elektromobil istehsalçısı olan Zeekr elektromobil şarj sürəti üzrə yeni dünya rekorduna imza atıb. Belə ki, onun Zeekr 7X adlı elektromobilinin 75 kilovat-saat həcmli batareyası 10%-dən 80%-ə qədər enerjini cəmi 9 dəqiqə 45 saniyəyə yığa bilir. Bu inanılmaz sürət 840 kilovat gücündə enerji verə bilən yüksək performanslı şarj stansiyaları sayəsində mümkün olub.
Elm & Texnologiya
Apple M5 prosessorlarının kütləvi istehsalına start verilib
Apple şirkətinin istehsal tərəfdaşları yeni M5 prosessorunun kütləvi istehsalına başlayıblar. Bu barədə Cənubi Koreya mətbuatı məlumat yayıb. M5 çipi TSMC-nin 3 nanometrlik texnoloji prosesi (N3P) əsasında istehsal olunacaq.
Elm & Texnologiya
Hubble teleskopu yeni unikal qalaktikanı kəşf edib
Astronomlar LEDA 1313424 adlı yeni qalaktikanı kəşf ediblər. Bu qalaktika indiyə qədər müşahidə olunanlardan tamamilə fərqlənir. Onun mərkəzindən suya atılmış daşın yaratdığı dalğalar kimi doqquz ədəd halqa-spiral qolu yayılır, halbuki əksər qalaktikalarda bu cür strukturlar adətən iki və ya üç olur.
Elm & Texnologiya
Hörümçəkləri "zombi"yə çevirə bilən yeni növ göbələk aşkar edilib
Alimlər yeni növ parazitar göbələyi təsvir ediblər. Bu göbələk mağara hörümçəklərini yoluxdurur və onların ölümdən əvvəl davranışlarını dəyişməyə məcbur edir. Bu nadir parazit ilk dəfə 2021-ci ildə BBC çəkiliş qrupu tərəfindən aşkar edilib.
Elm & Texnologiya
Yenicə satışa çıxmış GeForce RTX 5090 videokartlarında problemlər yaşanır
Yenicə satışa çıxmış NVIDIA RTX 5090 videokart seriyasına daxil olan videokart modelləri ciddi problemlərlə üzləşiblər. İstifadəçilər bildirirlər ki, bu yeni videokartları quraşdırdıqdan sonra onların kompüterləri bu videokartları tanımır.
Elm & Texnologiya
SETI alimləri yadplanetli izini axtarmaq üçün milyon kosmik obyekti yenidən...
SETI layihəsi 60 ildən artıqdır ki, uzaq ulduzlardan gələn radiosiqnalları analiz edərək, Yer kürəsi xaricində sivilizasiyaların axtarışı ilə məşğuldur. Təəssüf ki, indiyə qədər yadplanetlilərin mövcudluğuna dair heç bir sübut tapılmayıb.
Elm & Texnologiya
Marsda sürətli seysmik keçiricilik müşahidə edilib
NASA alimlərinin yeni araşdırması Mars mantiyasında seysmik dalğaların qeyri-adi dərəcədə yüksək keçiriciliyini üzə çıxarıb. Bu araşdırmada süni zəka mühüm rol oynayıb. Belə ki, o, Qırmızı Planetin səthinin 10 minlərlə görüntüsünü analiz edərək, yeni meteorit zərbəsi nəticəsində yaranmış kraterləri müəyyənləşdirib.
Elm & Texnologiya
Tesla-nın pilotsuz taksilərinin təmizlənməsi ilə futuristik robot məşğul olacaq (VİDEO)
Tesla-nın son rüblük konfransı iyun ayında şirkətin pilotsuz taksilərinin Texas ştatının Ostin şəhərində pullu sərnişin daşımağa başlayacağını anlamağa yardımçı oldu. Bu şəhər Tesla-nın yeni baş qərargahının yerləşdiyi yerdir. Tesla-nın yeni yayımlamış olduğu videoya əsasən, şirkət təkcə taksi səfərlərini avtomatlaşdırmaqla kifayətlənməyəcək, həm də taksilərin salonlarının təmizlənməsini avtomatik şəkildə reallaşdıracaq.
Elm & Texnologiya
Yeni alüminium batareya çoxlu sayda şarjdan sonra öz həcminin 99%-ni...
Pekin Universiteti və Pekin Texnologiya İnstitutunun alimləri 10 000 dəfə şarj dövründən sonra ilkin tutumunun 99%-ni saxlaya bilən bərk cisimli alüminium batareyası hazırlayıblar.
Elm & Texnologiya
Hindistan kosmosa ilk idarə olunan uçuşlara hazırlaşır
Hindistan Kosmik Tədqiqatlar Təşkilatının (ISRO) Banqalor şəhərindəki mərkəzində "Gaganyaan" missiyası üçün ekipaj modulunun yığılması uğurla başa çatıb. Kapsul uçuş zamanı onun mövqeyini və trayektoriyasını idarə etməyə imkan verən hərəkətə nəzarət sistemi ilə təchiz edilib.
Elm & Texnologiya
Tesla il ərzində 10 000 ədəd Optimus robotu istehsal etməyə...
Tesla-nın CEO-su Elon Musk, şirkətin son rüb üzrə maliyyə nəticələrinin təqdim edilməsinə həsr edilmiş mətbuat konfransında şirkətin bu il 10 000 ədəd insanabənzər Optimus robotunu istehsal etməyə mənəvi cəhətdən hazır olduğunu bəyan edib.
Elm & Texnologiya
Çinlilər kosmosda süni fotosintez sayəsində oksigen və raket yanacağı əldə...
Keçən ay Çinin Tiangong adlı kosmik stansiyanda süni fotosintez üzərində aparılmış təcrübənin bir mərhələsi tamamlandı. Qeyd etmək lazımdır ki, süni fotosintez texnologiyası kosmosda raket yanacağının komponentlərini və nəfəs almaq üçün oksigen istehsal etməyə imkan verir.
Elm & Texnologiya
Həyatın yaranması üçün vacib olan komponentlər Bennu asteroidinin nümunələrində aşkar...
Bennu adlı asteroiddən əldə edilmiş süxur nümunələri 2023-cü ilin sentyabr ayında uğurlu şəkildə Yer kürəsinə çatdırılmışdı. Nəticədə alimlər Yer kürəsində bioloji həyat növünün necə formalaşması mövzusunda tədqiqatlar aparmaq üçün əla imkan əldə etdilər.
Elm & Texnologiya
19.5 işıq ili uzaqlığında Yer kürəsinə bənzər yeni planet kəşf...
Bu günə qədər astronomlar Süd Yolu qalaktikamızda müxtəlif ölçü və tərkibə malik 7000-dən çox planet kəşf ediblər. Bu dünyaların bəziləri Yerə bənzər ölçüyə və qayalıq quruluşa malikdir ki, bu da onları Yer tipli planetlər kateqoriyasına daxil edir.
Elm & Texnologiya
Birləşmiş Ərəb Əmirliklərində 2 süni yağış texnologiyası test edilir
Technote.az Bloomberg saytına istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Milli Hidrometeorologiya Mərkəzinin (NCM) rəhbəri Abdulla Al Mandous son müsahibəsində qeyd edib ki, BƏƏ-də yağışların süni şəkildə formalaşdırılmasına istiqamətlənmiş 2 perspektivli texnologiya test edilir.
Elm & Texnologiya
Yupiterin İo adlı peykində Günəş sisteminin ən güclü vulkan püskürməsi...
Technote.az NASA-ya istinadən xəbər verir ki, kosmik agentliyin Juno adlı kosmik aparatı Yupiterin peyklərindən biri olan İo-nun yaxınlığından növbəti uçuş zamanı peykin cənub qütbü ərazisində irimiqyaslı vulkan püskürməsini qeydə alıb.
Elm & Texnologiya
Alimlər ilk dəfə mikroplastik hissəciklərin damarlarda hərəkətlərini vizual şəkildə izləyiblər
İnsanlar plastik materialları istehsal etməyə başladıqdan bəri 150 ildən çox vaxt keçib və bu müddət ərzində plastik materiallar planetimizi əhatə edərək əsas çirkləndiricilərdən birinə çevriliblər. Əvvəlki tədqiqatlar göstərib ki, çox kiçik plastik hissəciklər su, hava, torpaq və hətta canlı orqanizmlərin bədənlərində aşkar edilib.
Elm & Texnologiya
52 yaşlı qadın beyin xərçənginin müalicəsində vacib rol oynaya bilər
Qlioblastoma, beyin xərçəngi növləri arasında ən ölümcül növlərdən biri kimi tanınır. Bu xəstəlik ortaya çıxdıqdan sonra, xəstələrin əksəriyyəti 1-1.5 il ərzində həyatını itirir və 5 ildən artıq yaşayanların nisbətinin cəmi 5% olduğu bildirilir. Üstəlik, bu müddət ərzində xəstəlik baş ağrısı, yaddaş itkisi, düşüncə və davranış dəyişiklikləri kimi əlamətlərlə müşayiət olunur.
Elm & Texnologiya
Qara dəliklər fərdi şəkildə özləri üçün qida mənbəyini formalaşdıra bilirlər
Technote.az NASA saytına istinadən bildirir ki, astronomların aparmış olduqları yeni tədqiqat onu göstərib ki, kainatda mövcud olan superkütləli qara dəliklər fərdi şəkildə özləri üçün qida mənbəyini formalaşdıra bilirlər.
Elm & Texnologiya
Astronomlar kosmosda reklamların qlobal şəkildə qadağan edilməsini tələb edirlər
Technote.az SpaceNews saytına istinadən bildirir ki, astronomlar, yerdən görünən kosmos reklamlarının qlobal miqyasda qadağan edilməsini tələb edirlər. Onlar bunu qaranlıq və sakit səmanın qorunması üçün son təhdid kimi qiymətləndirirlər.