pavel durov arxivi
25 xəbər, 2 səhifə - 1-ci səhifə
Təhlükəsizlik
Avropa Birliyi Telegram istifadəçilərinin bütün yazışmalarını skan etmək istəyirmiş
Pavel Durov bildirib ki, Avropa Birliyi demək olar ki, bütün istifadəçilərin şəxsi yazışmalarını skan etməyi məcburi edən bir qanun layihəsini qəbul edəcəkdi. Telegram rəhbəri bu barədə Fransadakı bütün istifadəçilərə xəbərdarlıq mesajı göndərərək bildirib ki, bu cür tədbirlər vətəndaşların smartfonlarını izləmə alətlərinə çevirə bilərdi.
Sosial Media
Telegramın yaradıcısı Pavel Durov: "İndiki nəsil informasiya azadlığına sahib olan...
Telegram-ın yaradıcısı Pavel Durov bildirib ki, indiki nəsil informasiya azadlığına sahib olan sonuncu nəsil ola bilər. Onun sözlərinə görə, əvvəllər azad hesab olunmuş ölkələrdə tətbiq edilən “antiutopik tədbirlər” nəticəsində internetdə bir vaxtlar azad informasiya mübadiləsi vədi verən məkan indi nəzarət üçün güclü alətə çevrilir.
Tech-Biznes
Pavel Durov Telegram-ı heç zaman satmayacağını bildirib
Telegram-ın yaradıcısı Pavel Durov Fransanın Le Point jurnalına verdiyi müsahibədə ona qarşı Fransada irəli sürülən ittihamları absurd adlandırıb və qeyd edib ki, söz azadlığı və platforma neytrallığı prinsiplərinə sadiqdir.
Tech-Biznes
Pavel Durov Fransa hökuməti tərəfindən ona qarşı sürülmüş ittihamları absurd...
Telegram-ın təsisçisi Pavel Durov Fransa hüquq-mühafizə orqanlarının ona qarşı irəli sürdükləri ittihamları absurd hesab edir. O, amerikalı jurnalist Tucker Carlson-a verdiyi müsahibədə bildirib ki, hələ də Fransada nədə ittiham olunduğunu anlamır.
Sosial Media
Grok-un Telegram-a inteqrasiyası üzrə razılaşmanın artıq əldə olunduğu məlumatı təkzib...
Pavel Durov-un Elon Musk ilə Telegram və xAI arasında 1 illik tərəfdaşlıq barədə razılığa gəlindiyini elan etməsinə cavab olaraq amerikalı milyarder X sosial şəbəkəsində bildirib ki, bu müqavilə hələ imzalanmayıb.
Sosial Media
Grok çat-botu yaxın zamanda Telegram-a inteqrasiya ediləcək
Pavel Durov Telegram ilə Elon Musk-ın xAI şirkəti arasında tərəfdaşlıq sazişinin bağlandığını elan edib. Bu əməkdaşlıq çərçivəsində məşhur süni zəka əsaslı Grok çat-botu Telegram istifadəçiləri üçün əlçatan olacaq və Telegram tətbiqlərinə inteqrasiya ediləcək.
Tech-Biznes
Pavel Durov-un ABŞ-a yollanmağına qadağa qoyulub
Fransa hakimiyyəti Telegram-ın qurucusu Pavel Durov-un investisiya fondları ilə danışıqlar aparmaq məqsədilə ABŞ-a səfər etmək üçün etdiyi müraciəti rədd edib. Paris Prokurorluğu bu qərarı 12 may tarixində qəbul edərək, belə bir xarici səfərin “təcili və əsaslı” hesab edilmədiyini bildirib.
Sosial Media
Pavel Durov Fransanı Telegram üzərindən Rumıniyadakı prezident seçkilərinə müdaxilə cəhdində...
Telegram messencerinin qurucusu Pavel Durov 18 may tarixində X sosial şəbəkəsində bir sıra paylaşımlar edərək, Fransanın kəşfiyyat xidmətinin ondan “Rumıniyada keçiriləcək seçkilər ərəfəsində mühafizəkar səsləri susdurmağı” tələb etdiyini iddia edib.
Sosial Media
Pavel Durov hansı halda Telegram-ı bağlayacağını açıqlayıb
Telegram mesajlaşma xidmətinin mövcud olduğu bütün tarix boyu istifadəçilərin şəxsi mesajlarından bir bayt belə açıqlanmayıb. Bu barədə servisin qurucusu Pavel Durov bəyan edib.
Sosial Media
Telegram-ın aylıq aktiv istifadəçi kütləsi 1 milyardı keçib
2024-cü ilin aprel ayında Telegram-ın rəhbəri və sahibi Pavel Durov, 2025-ci ildə messencerin istifadəçi sayının 1 milyard nəfəri keçəcəyini proqnozlaşdırmışdı. İndi isə o öz kanalı olan Du Rove’s Channel-da ayda 1 milyard aktiv istifadəçi həddinin keçildiyini açıqlayıb.
Tech-Biznes
Telegram-ın yaradıcısı Pavel Durov Fransanı tərk edib
Keçən həftənin şənbə səhəri Telegram-ın həmtəsisçisi Pavel Durov Fransanı tərk edərək Dubaya yollandı. Agence France-Presse (AFP) xəbər verib ki, o, məhkəmə nəzarəti altında olmasına baxmayaraq, Fransa hakimiyyətinin icazəsi ilə ölkədən çıxıb.
Tech-Biznes
Telegram-ın qurucusu Pavel Durov hələ uzun müddət Fransada qalmalı olacaq
Telegram-ın qurucusu Pavel Durov Fransada uzun müddət qala bilər, çünki onun işi məhkəməyə ən azı 1 ildən tez təqdim olunmayacaq. Bu barədə Wired Fransanın prokurorluq nümayəndəsi Maylis de Roeck-ə istinadən xəbər verib.
Tech-Biznes
Telegram sonunda gəlirli olmağı bacarıb
Telegram-ın yaradıcısı Pavel Durov messencer ilə bağlı 2024-cü il üzrə yekun statistikaları bölüşüb. Məlum olub ki, bu il Telegram sonunda gəlirli olmağı bacarıb.
Sosial Media
Telegram bu il 15 milyondan çox qrup və kanalı bloklayıb!
Telegram məşhur mesajlaşma platformasındakı qanunsuz məzmunlara qarşı genişmiqyaslı təmizləmə həyata keçirib. 2024-cü ildə zorakılıq, uşaq istismarı və terrorizm səbəbilə 15.4 milyon kanal və qrup bloklanıb.
Sosial Media
Telegram, artıq istifadəçilərin bütün məlumatlarını dövlətlərlə paylaşacağını açıqlayıb!
Ötən həftələrdə Fransada həbs olunan Telegram-ın CEO-su Pavel Durov, dövlətlərin məlumat tələblərini qəbul edəcəklərini açıqlayıb.
Tech-Biznes
Pavel Durov azadlığa buraxılandan sonra ilk dəfə baş vermişlər barəsində...
Telegram-ın yaradıcısı Pavel Durov bir neçə müddət bundan öncə azadlığa buraxılandan sonra ilk dəfə messencerdəki fərdi kanalında onunla baş vermiş hadisə ilə bağlı fikirlərini təqdim edib.
Tech-Biznes
Fransa hökumətinin Pavel Durov ilə bağlı istintaqı bir neçə ay...
Fransa hökuməti tərəfindən bir çox cinayətlərdə günahlandırılan Pavel Durov ilə bağlı istintaq bir neçə ay ərzində davam edə bilər.
Sosial Media
Pavel Durov 5 milyon avroluq girov qarşılığında sərbəst buraxılıb
Dünən gecə Fransa məhkəməsi Pavel Durov-a qarşı ittihamlar qaldırdı və onun məhkəmə nəzarəti altında saxlanması qərarını verdi.
Sosial Media
Pavel Durov həbsdən azad edilib
Fransa məhkəməsi Pavel Durov-u həbsdən azad edib. Lakin bu, onun ifadəsinin alınması və nəticədə ona qarşı ittihamın qaldırılıb-qaldırılmaması qərarının verilməsi üçün edilib
Təhlükəsizlik
Dələduzlar Pavel Durov-un vəziyyətindən istifadə edərək insanlardan pul əldə etməyə...
Kaspersky şirkətinin vermiş olduğu məlumata əsasən Pavel Durov-un keçən həftənin sonunda Paris hava limanında Fransanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasından sonra bu xəbərin fonunda istifadəçilərdən pul vəsaitlərini əldə etmək istəyən dələduzların aktivlikləri artıb.