Elm & Texnologiya arxivi
11045 xəbər, 553 səhifə - 34-ci səhifə
Elm & Texnologiya
Qrunt suları səth sularından 2.4 dəfə daha sürətlə yox olur
Tədqiqatçılar müəyyən ediblər ki, qrunt suları dünya üzrə o qədər sürətlə yox olur ki, bu, yaxın gələcəkdə planetimizin oxunun dəyişməsinə səbəb ola bilər. Alimlər xəbərdarlıq edirlər ki, bəzi regionlar digərlərinə nisbətən bu vəziyyətdən daha çox zərər görə bilər.
Elm & Texnologiya
Volvo ağıllı təhlükəsizlik kəmərləri hazırlayıb
İsveçin Volvo şirkəti hələ ötən əsrin 60-cı illərinin əvvəlində üçnöqtəli təhlükəsizlik kəmərlərini patentləşdirmişdi. Bu sistem sonrakı onilliklərdə dünya üzrə geniş şəkildə istifadə olunmağa başladı.
Elm & Texnologiya
Yaradılmış süni sinaps insan gözünü 82% dəqiqliklə imitasiya edir
Yapon alimlər süni zəka əsasında sinaps yaradıblar və yaradılmış sinaps insan görmə qabiliyyəti ilə müqayisə edilə biləcək dəqiqlikdə rəngləri tanıya bilir. Optoelektron qurğu işıqla işləyir və xarici enerji mənbəyinə ehtiyac duymur.
Elm & Texnologiya
Blue Origin şirkəti Ayın mənimsənilməsi planını açıqlayıb
Jeff Bezos-a məxsus olan Blue Origin aerokosmik şirkəti Ayın mənimsənilməsi və insanın Yer peykində uzunmüddətli qalması ilə bağlı planları barədə bəzi detalları açıqlayıb.
Elm & Texnologiya
ABŞ-ın elm sahəsində əsl fəlakət baş verir
ABŞ Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə keçirilmiş "Elmin Vəziyyəti" tədbiri, elm və təhsilə ayrılan büdcənin kəskin azaldılması təhlükəsini demək olar ki, tamamilə görməzdən gəldi.
Elm & Texnologiya
Xiaomi öz elektromobilləri üçün fərdi prosessor üzərində çalışır
Özünün 15 illiyini qeyd edən Xiaomi ötən ay Xring O1 və Xring T1 adlarını daşıyan, özünün hazırladığı iki mobil prosessoru təqdim etmişdi. Bu çiplər əsasən smartfonlar və taxıla bilən elektronika üçün nəzərdə tutulub.
Elm & Texnologiya
Süd Yolu ilə Andromedanın toqquşması yaxın 10 milyard il üçün...
Yeni və daha dəqiq modelləşdirmə göstərib ki, kainat bizi qonşu qalaktika olan Andromeda ilə toqquşmadan qoruya bilər. Alimlər Hubble və Gaia kosmik teleskoplarının ən son məlumatlarından istifadə edərək 1 milyon il addımlarla 100 mindən çox simulyasiya həyata keçiriblər.
Elm & Texnologiya
NASA potensial həyatın axtarışı üçün yeni robotunu hazırlayıb
NASA-nın Reaktiv Hərəkətlər Laboratoriyasının (JPL) mühəndisləri Europa Lander adlı robotu hazırlayıblar. Mühəndislər bu robot üzərində 10 il ərzində çalışıblar.
Elm & Texnologiya
Həvəskar bloger ev şəraitində ən güclü əl lazerini hazırlayıb (VİDEO)
YouTube istifadəçiləri arasında Styropyro ləqəbi ilə tanınan amerikalı bloger Drake Anthony, ABŞ qanunvericiliyini pozan əl lazer silahını yığıb və sınaqdan keçirib.
Elm & Texnologiya
Yapon alimlər süni qanın yaradılmasına çox yaxınlaşıblar
Donor qanına daim artan tələbat şəraitində, xüsusilə də aşağı və orta gəlirli ölkələrdə, süni qan əvəzedicilərinin hazırlanması müasir tibbin ən aktual vəzifələrindən biridir.
Elm & Texnologiya
NASA-nın yeni modeli hansı planetlərdə həyatın mümkün olduğunu anlamağa yardımçı...
NASA-nın “Alien Earths” layihəsi çərçivəsində çalışan alimlər qrupu Yer kürəsindən kənar həyatın axtarışı məsələsinə yeni yanaşma hazırlayıb. Bu yanaşma “kəmiyyətə əsaslanan yaşayış modeli” adlanır və mövcud məlumatlar əsasında müəyyən bir mühitdə həyatın mövcud olma ehtimalını qiymətləndirməyə imkan verir.
Elm & Texnologiya
Starship Marsa 3 dəfə daha tez çatmağa imkan verəcək
Alimlərin fikrincə, əgər Elon Musk-a məxsus SpaceX şirkəti nəhayət Starship raketini istismara verməyi bacarsa, bu raketin köməyi ilə Qırmızı planetə - Marsa - daha sürətli çatmaq mümkün olacaq.
Elm & Texnologiya
Kənar ulduzlar istənilən an Günəş sistemini məhv edə bilərlər
Bir çox araşdırmalar göstərir ki, Günəş sistemindəki planetlərin orbitləri təxminən 4.5-5 milyard il ərzində sabit qalacaq, ta ki Günəş qırmızı nəhəngə çevrilməyə başlayana qədər. Həmin vaxt ulduzumuzun ölçüləri böyüyəcək və bu, Günəşə ən yaxın planetlər - Venera və Merkuri - üçün udulma ilə nəticələnə bilər.
Elm & Texnologiya
Robotlar üçün öz-özünü bərpa edən süni əzələ yaradılıb
Linkolndakı Nebraska Universitetinin mühəndisləri zədələri müstəqil şəkildə aşkar edə, onların yerini müəyyənləşdirə və bərpa prosesini xarici müdaxilə olmadan işə sala bilən öz-özünü bərpa edən süni əzələ yaradıblar.
Elm & Texnologiya
SpaceX-in yeni zavodu il ərzində 1000 ədəd Starship istehsal edə...
Elon Musk Texasda dünyanın ən böyük istehsalat kompleksi - Gigabay adlandırılan müəssisənin inşasını elan edib. SpaceX bu mərkəzdə ildə 1000-ə qədər çoxistifadəli Starship raketini istehsal etməyi planlaşdırır.
Elm & Texnologiya
Hava nəqliyyatının elektrikləşməsinə yol açacaq yeni yanacaq elementi hazırlanıb
Massaçusets Texnologiya İnstitutunun (MIT) tədqiqatçıları yeni yanacaq elementi - hava-natrium batareyası konsepsiyasını təqdim ediblər. Prototipin özü isə sonradan hazırlanacaq.
Elm & Texnologiya
Qlobal temperaturun stabil qalacağı halda belə buzlaqların 40%-i məhv olacaq
Alimlərin fikrincə, əgər qlobal temperatur artımı dayansa və mövcud səviyyədə sabitləşsə belə, Yer kürəsi yenə də buzlaqlarının 40%-ni itirəcək. Bu o deməkdir ki, parnik qazlarının emissiyası səbəbilə artıq baş vermiş iqlim dəyişiklikləri bir çox buzlaqların qaçılmaz şəkildə məhv olmasına gətirib çıxarıb.
Elm & Texnologiya
Neuralink beyin implantlarının inkişafı üçün 650 milyon dollar vəsait əldə...
Elon Musk-ın böyük siyasətdən yenidən biznes sahəsinə qayıdışı, onun şirkətlərinin parlaq gələcəyinə inanan investorların fəallığının artması ilə müşayiət olundu.
Elm & Texnologiya
Zamanda səyahət paradokslarsız mümkün ola bilər
Zamanda səyahət elmi fantastika kitabları və filmlərdə tez-tez işlənən süjetlərdən biridir. Təbii ki, bir çox insan keçmişə qayıdıb həyatındakı bəzi hadisələri dəyişmək və ya önəmli anları yenidən yaşamaq istərdi. Bir tərəfdən, zaman səyahətinin mümkün olmadığı düşünülür, lakin bəzi fiziklər bunun əksini iddia edirlər.
Elm & Texnologiya
Alimlər Enselada yerli mikroorqanizmləri göndərməyi təklif edirlər
Tədqiqatçılar qeyri-adi bir təcrübə təklif edirlər. Söhbət, mikroorqanizmlərin Saturna məxsus peyk olan Enselada göndərilməsindən gedir. Eyni zamanda isə alimlər bunun nəyə görə edilməməli olduğunu da izah ediblər.